Modern.az

Bakıda 4 uşağını atıb qaçan ana saxlanılıb - Dövlət Komitəsi

Bakıda 4 uşağını atıb qaçan ana saxlanılıb - Dövlət Komitəsi

Hadisə

3 İyul 2024, 17:49

Sosial şəbəkə və xəbər portallarında yayılan “Bakıda ana dörd uşağını küçəyə atıb” başlıqlı məlumat aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülüb.


Modern.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib.

O deyib ki, məsələ araşdırılıb, qadının kimliyi müəyyən olunub.
 

“Öncə uşaqlar müayinə və müalicə üçün xəstəxanaya yerləşdiriliblər. Qadın isə ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun övladlarından imtina etməsinin səbəbləri araşdırılır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”