Modern.az

Avtomobil ağaca çırpıldı - Sürücü öldü, sərnişin yaralandı

Avtomobil ağaca çırpıldı - Sürücü öldü, sərnişin yaralandı

Hadisə

4 İyul 2024, 09:32

Beyləqan rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.

 

Modern.az xəbər verir ki, hadisə Mil qəsəbəsi istiqamətində qeydə alınıb.

 

1987-ci il təvəllüdlü Vəliyev Hafiz Fəyyaz oğlunun idarə etdiyi “Khazar LX Minik" markalı avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə H.Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə sərnişin qismində olan 1996-cı il təvəllüdlü Kazımov Münsif Şahin oğlu isə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

 

Faktla araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi