Modern.az

Zaqatalada maşın aşdı - 6 gənc yaralandı

Zaqatalada maşın aşdı - 6 gənc yaralandı

Hadisə

4 İyul 2024, 10:28

Zaqatalada minik avtomobili aşıb, 6 gənc xəsarət alıb.

 

Modern.az-ın məlumatına görə, hadisə iyulun 3-dən 4-ə keçən gecə rayonun Yuxarı Çardaqlar kəndi ərazisində baş verib.

 

2006-cı il təvəllüdlü rayonun Yuxarı Çardaqlar kənd sakini Sərvər Elşən oğlu Əhmədovun idarə etdiyi “Nissan X-Trail” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü S. Əhmədov, avtomobildə olan sərnişinlər, rayonun Yuxarı Çardaqlar kənd sakinləri 2006-cı il təvəllüdlü Bilal Elşən oğlu Ərtilov, 2006-cı il təvəllüdlü Elvin İzəddin oğlu Əhmədov, 2006-cı il təvəllüdlü Muhuma Seyfəddin oğlu Məmmədov, 2008-ci il təvəllüdlü Məhəmməd Əhməd oğlu Xəlilov və 2006-cı il təvəllüdlü Murad Məmməd oğlu Yahyayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

 

Yaralılardan M. Xəlilov və M. Yahyayev xəstəxananın təcili yardım şöbəsində nəzarətdə saxlanılıblar. Digər dörd nəfərin xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi