Modern.az

Kürdəmirdə “Prius” qəza törədib, Pakistan vətəndaşı ölüb

Kürdəmirdə “Prius” qəza törədib, Pakistan vətəndaşı ölüb

Hadisə

4 İyul 2024, 11:42

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

 

“Toyota Prius” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb. Qəza zamanı bir nəfər Pakistan vətəndaşı hadisə yerindəcə dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi