Modern.az

Bakı-Sumqayıt yolunda intihar etmək istəyən şəxs xilas edildi- VİDEO

Bakı-Sumqayıt yolunda intihar etmək istəyən şəxs xilas edildi- VİDEO

Hadisə

5 İyul 2024, 09:36

Ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub.

 

Modern.az bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib. Belə ki, bir nəfər vətəndaş Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində körpüyə çıxaraq intihara cəhd edib.

 

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

 

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

 

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu tunelin üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edir.

 

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, körpüdən düşürülüb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi