Modern.az

Naxçıvanda qətl: Şübhəli Türkiyədə tutuldu

Naxçıvanda qətl: Şübhəli Türkiyədə tutuldu

Hadisə

6 İyul 2024, 19:24

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB