Modern.az

Traktorun qoşqusu açılıb "Mercedes"ə çırpıldı

Traktorun qoşqusu açılıb

Hadisə

6 İyul 2024, 20:22

Quba rayonunun Əliməmmədoba kəndi ərazisində baş verən qəzada iki nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə zamanı "QAZ 53" markalı yük avtomobilinə qoşulan traktor qoşqusu açılıb və arxadan gələn "Mercedes Vito" ilə toqquşub. Qəza zamanı "Mercedes"də olan iki nəfər xəsarət alıb.

 

Yaralılar təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir