Modern.az

2 yaşlı uşağı maşın vurub öldürdü

2 yaşlı uşağı maşın vurub öldürdü

Hadisə

9 İyul 2024, 23:17

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşbulaq kəndində qeydə alınıb.

 

Hərəkətdə olan minik avtomobilli yolu keçmək istəyən 2022-ci il təvəllüdlü Ümid Vəliyevi vurub.

 

Azyaşlı xəstəxanaya aparılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 2 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB