Modern.az

Hacıqabulda bir ailə qəzaya düşdü - Ölən var

Hacıqabulda bir ailə qəzaya düşdü - Ölən var

Hadisə

11 İyul 2024, 08:40

Hacıqabulda bir ailənin 3 üzvü qəzaya uğrayıb, onlardan biri ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Kamaz markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Məmmədova Füruzə Əsəd qızı və 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu xəsarət alaraq Şirvan rayon xəstəxanasına yerləşdirlib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?