Modern.az

Bakıda yaşayış binasında yanğın - VİDEO

Bakıda yaşayış binasında yanğın - VİDEO

Hadisə

11 İyul 2024, 09:16

Paytaxtın Xətai rayonu, M.Hadi küçəsində yaşayış binasında yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 10 kv.m. sahədə taxta tullantıları və 8 p.m. elektrik kabeli yanıb, yüksək temperaturdan 2-ci və 3-cü mərtəbələrin pilləkən qəfəsi deformasiya edib.

 

Mənzillər yanğından mühafizə olunub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?