Modern.az

Piyada keçidindən yolu keçən şəxsi maşın vuraraq öldürüb

Piyada keçidindən yolu keçən şəxsi maşın vuraraq öldürüb

Hadisə

11 İyul 2024, 09:40

Bakıda piyada keçidindən yolu keçən şəxsi maşın vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, hadisə Əmircan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Teymurov Pərviz Mətləb oğlu idarə etdiyi avtomobillə yerüstü piyada keçidi olan yerdə yolu keçən piyada Musayev Salman Mahmud oğlunu vurub. Piyada Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı