Modern.az

Bakıda velosiped qəzaları niyə artıb? - Ekspert səbəblərdən DANIŞDI...

Bakıda velosiped qəzaları niyə artıb? - Ekspert səbəblərdən DANIŞDI...

Hadisə

12 İyul 2024, 17:32

Son vaxtlar Bakıda velosiped qəzalarının sayı artmaqdadır. Bunun əsas səbəbi nədir? Günah əksər hallarda hansı tərəfdə olur? Paytaxtın hansı hissələrində velosipedçilər üçün xüsusi zolaqlar ayrılmalıdır?

Mövzu ilə bağlı Modern.az-a danışan texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, yol-nəqliyyat hadisələri sürücü, avtomobil, yol və mühit sisteminə əsasən müəyyən olunur:


“Bu 4 elementin təqsiri ucbatından nəqliyyat hadisələri baş verir. Hadisələrin 70%-də təqsirkar sürücülər olur. Qalan 30%-dən 15 %-i nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz olması ilə bağlıdır ki, bu halda sürücü heç nə edə bilmir. 15% isə yolların müəyyən səbəbdən narahatlığı, gecə işıq dirəyinin olmaması, yol işarələrinin qoyulmaması və s. səbəblərdən baş verir”.


Ekspert sürücülərin təqsirkar olmasını belə şərh edib:
 

“Bu, naşılıqdan, yol-hərəkət qaydalarına əməl edilməməsindən, sürücülərin bəzi vaxt spirtli içki və narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsindən irəli gəlir. Ona görə bu hadisələri analiz etmək lazımdır. Yol-hərəkət qaydaları 3 cür analiz olunur:
 

1. Kefiyyət analizi
2. Kəmiyyət analizi
3. Topoqrafik analiz
 

Bu analizlər nəticəsində səbəblər və amillər müəyyən olunmalıdır. Həmin o səbəb və amilləri aradan qaldırmaqdan ötrü müəyyən tədbirlər sistemi işlənib hazırlanmalıdır. Elə yerlər var ki, orada qəzalar həddindən artıq çox olur. Müəyyən etmək lazımdır ki, səbəb nədir, bəlkə doğurdan da yol işıqlanmır,  yolun özünün imkanları, manevr etmə qabiliyyəti, döngələri, əyriləri, görünmə məsələləri, qaranlığı yaxşı deyil. Baxmaq lazımdır ki, nə qədər hadisə nəqliyyat vasitələrinin texniki nasazlığından baş verir və onu aradan qaldırmaq lazımdır. Bunlar sadəcə kiçik faizi əhatə edir. Hadisələrin böyük qismi sürücülərin təqsirindən baş verir, çünki hamı peşakar sürücü deyil”.
 

Ekspert qeyd edib ki, hadisələrin qarşısını almaq üçün müəyyən tədbirlər sistemi hazırlaq lazımdır:
 

“Hansı səbəb və amil varsa, onu aradan qaldırmaq üçün işləmək lazımdır. Hadisələrin hamısının səbəbi sürətlə bağlı deyil. Çox yerdə hadisə olan kimi deyirlər ki, burada sürət həddi aşılıb. Bəlkə heç sürət həddi aşılmayıb... Bunu analiz etmək lazımdır. Bu çox geniş mövzudur”.
 

Müsahibimiz deyib ki, hazırda Azərbaycanda volesiped nəqliyyatı üçün şərait yoxdur.

"Bakı şəhərindəki nəqliyyat planlaşdırılması velosiped hərəkəti üçün çox çətinlik yaradır. Velosipedçilər çox mühafizə olunmayan, təhlükəsizliyi təmin edilməyən kateqoriyadır. Onların təhlükəsizliyini təmin etmək üçün müəyyən işıqforlar qoyulmalı, zolaqlar çəkilməlidir. Bizdə xarici ölkələrdəki kimi geniş formada təbliğat prosesi aparılmır. Avropa ölkələrinə baxıb müəyyən yerlərdə velosiped zolağı çəkiblər. Onun da böyük effekti yoxdur. Velosiped zolaqları sərbəst olmalıdır. Hansısa təyinat yerlərinin nöqtələrini tamamlamalıdır. Elə yerlər var ki, orada tıxac olursa, velosiped zolağı çəkilməməlidir, çünki tıxacın qarşısını almaq lazımdı. Tıxaclı yollarda velosiped nadir hallarda sürülə bilər. Avtomobil yolları elə bir sistemdir ki, ondan effektiv formada istifadə etmək lazımdır. Yolun parklanma üçün ayrılan hissəsi elə olmalıdır ki, orda tıxac yaranmasın. Bakı şəhərində bir zolaqlı yolların uzunluğu 5.000-5.500 km-dir, bu yolun bəzi hissəsini velosiped və parklanma üçün ayıranda hərəkət hissəsi azalır, tıxaclar çoxalır. Bu səbəbdən Avropa ölkələrindəki kimi, Bakıda da velosiped zolaqlarının çoxluq təşkil etməsinin tərəfdarı deyiləm".
 

Gülarə Quliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri