Modern.az

Lənkəranda 29 yaşlı gənc itkin düşüb

Lənkəranda 29 yaşlı gənc itkin düşüb

13 İyul 2024, 17:52

Lənkəranda 29 yaşlı kişi itkin düşüb.

 

Modern.az xəbər verir ki, yaxınlarının APA -ya verdiyi məlumata görə, 1995 - ci il təvəllüdlü Toğrul Eldəniz oğlu Quluzadə dünən səhər saat 06:00 - da işə gedib. Gündüz saat 11 radələrində işlədiyi yerdən, uşaqların xəstə olmaları və evə getmək məcburiyyətində olduğu üçün icazə alıb. O saatdan bu vaxta kimi T.Quluzadədən heç bir xəbər yoxdur.

 

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

 

Toğrul Quluzadəni görən, ondan məlumatı olanlardan polisə və ya +994504048464 nömrəsinə məlumat vermələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri