Modern.az

Göldə boğulan qazaxlı oğlanın FOTOSU

Göldə boğulan qazaxlı oğlanın FOTOSU

15 İyul 2024, 00:32

Xəbər verdiyimiz kimi, Qazaxda ailəsi ilə birgə istirahətə gedən şəxs göldə çimən zaman batıb.

 

Modern.az-ın məlumatına görə, vəfat edən 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğlu Qazax rayonunun Daş Salahlı kənd sakinidir.

 

 

***

21:20

Qazaxda bədbəxt hadisə baş verib.

 

Modern.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb.

 

Ailəsi ilə birgə istirahətə gedən şəxs göldə çimən zaman batıb.

 

Batan şəxs 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğludur.

 

O, Qazaxda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimindən sonra ailəsi ilə birgə Bala Cəfərli kəndinə gedib və su anbarında çimən zaman batıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırılıb.

 

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi