Modern.az

Motosikletçi yoldan çıxıb aşdı, komaya düşdü

Motosikletçi yoldan çıxıb aşdı, komaya düşdü

Hadisə

17 İyul 2024, 23:30

Balakənin Kortala kəndində hərəkətdə olan motosiklet yoldan çıxaraq aşıb və sürücü nəqliyyat vasitəsinin altında qalıb.

 

Modern.az xəbər verir ki, axşam saatlarında Kortala kənd sakini, 30 yaşlı Fərman Əfəndiyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstəriləndən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər motosiklet sürücüsünün komaya düşdüyünü və vəziyyətinin ağır olduğunu bildiriblər.

 

İlkin araşdırmalarla məlum olub ki, Fərman Əfəndiyev kənd ərazisində özünə məxsus motosikleti yüksək sürətlə idarə edib və idarəetməni itirməsi nəticəsində qəza baş verib.

 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB