Modern.az

Kürdəmirdə sürücü sərnişini döyərək qarət edib

Kürdəmirdə sürücü sərnişini döyərək qarət edib

Hadisə

19 İyul 2024, 09:10

Kürdəmirdə sürücü 69 yaşlı qadını döyərək üzərindəki pulunu alıb.

 

Modern.az xəbər verir ki, hadisə Karrar kəndi ərazisində qeydə alınıb.

 

Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 1955-ci il təvəllüdlü Kərimova Tubu Musa qızını döyüb hədələyərək üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.

 

Fakt araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri