Modern.az

75 yaşlı kişi qətlə yetirildi - Tutulan var 

75 yaşlı kişi qətlə yetirildi - Tutulan var 

20 İyul 2024, 08:50

İyulun 20-də saat 01 radələrində paytaxtın Nizami rayonunda 1949-cü il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

 

Hadisə ilə bağlı rayon prokurorluğu da məlumat yayıb.

 

İyulun 20-də gecə saat 01 radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?