Modern.az

Çayda boğulan şəxs klub rəhbəri imiş - FOTO

Çayda boğulan şəxs klub rəhbəri imiş - FOTO

Hadisə

22 İyul 2024, 09:28

Ağdaşda çayda çimərkən boğulan Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəridir.

 

Modern.az xəbər verir ki, R.Əliyev evli və 3 uşaq atası olub.

 

Çayda boğulan digər şəxs isə Rəhman Əliyevin dayısı oğludur.

 

 

1366004

 

***

09:18

Ağdaş şəhər sakinləri çayda çimərkən boğulub.

 

Modern.az xəbər verir ki, şəhər sakini 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.

 

Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.

 

Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu