Modern.az

Ödənişli yolda 3 maşın qəzaya düşdü - Yaralananlar var

Ödənişli yolda 3 maşın qəzaya düşdü - Yaralananlar var

Hadisə

25 İyul 2024, 12:42

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda, eyni ərazidə iki avtomobil qəzası baş verib.

 

Modern.az xəbər verir ki, yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınan avtoqəzalar zamanı ümumilikdə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, əvvəlcə “Chery” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Az sonra həmin yerdə KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri