Modern.az

Bakıda maşın işıq dirəyinə çırpıldı, sərnişin öldü

Bakıda maşın işıq dirəyinə çırpıldı, sərnişin öldü

26 İyul 2024, 09:16

Bakıda avtomobil işıq dirəyinə çırpılıb.

Modern.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Ruslan İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə idarəetməni itirərək yol kənarında işıq dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Vüsal İsmayılov hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri