Modern.az

Nazirlik işçisi faciəvi şəkildə öldü 

Nazirlik işçisi faciəvi şəkildə öldü 

Hadisə

27 İyul 2024, 19:53

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev hündürlükdən yıxılıb.

 

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB