Modern.az

Hündürlükdən yıxılan azyaşlı ÖLDÜ 

Hündürlükdən yıxılan azyaşlı ÖLDÜ 

Hadisə

28 İyul 2024, 16:46

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

 

Belə ki, 2021-ci il təvəllüdlü V.C. nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb.

 

Uşaq burada müvazinətini itirərək yerə yıxılıb. Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB