Modern.az

Cəlilabad sakini tanışını traktorla vurub öldürdü

Cəlilabad sakini tanışını traktorla vurub öldürdü

Hadisə

29 İyul 2024, 09:20

Cəlilabad sakini ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

 

Məlumata görə, sürücülük hüququ olmayan Məhəmməd Həsənov atasına məxsus traktoru irəli hərəkət etdirən zaman texnikaya qoşulmuş otbağlayan qurğunun metal hissəsi tanışı Cavid Vahabova dəyib. C.Vahabov aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir