Modern.az

Qubada sel körpünü uçurdu - 6 kəndlə əlaqə kəsildi

Qubada sel körpünü uçurdu - 6 kəndlə əlaqə kəsildi

Hadisə

29 İyul 2024, 09:48

Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlikçayın üzərindəki körpü uçub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.

 

Körpünün uçmasına səbəb kimi güclü leysan yağışlarının gətirdiyi sel göstərilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir