Modern.az

Ağdaşda ağır qəza - Ölən və xəsarət alanlar var

Ağdaşda ağır qəza - Ölən və xəsarət alanlar var

1 Avqust 2024, 09:52

Ağdaş rayonunda ağır yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gecə Ağdaş şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

 

Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu