Modern.az

Qohumunun avtomobilini qaçıran şəxs saxlanıldı

Qohumunun avtomobilini qaçıran şəxs saxlanıldı

Hadisə

2 Avqust 2024, 17:36

Biləsuvarda qohumunun avtomobilini qaçıran şəxs saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, Biləsuvar rayon Xırmandalı kəndinin sakini olan bir nəfər gecə saatlarında yaşadığı evin qarşısında saxladığı "VAZ" markalı avtomobilinin qaçırılması barədə polisə məlumat verib.

 

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun avtomobili qaçırılan şəxsin qohumu və həmkəndlisi olan 22 yaşlı Heydər Məmmədli olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu