Modern.az

Dəhşətli qəzada ölən gənc tələbə imiş... - FOTO

Dəhşətli qəzada ölən gənc tələbə imiş... - FOTO

Hadisə

3 Avqust 2024, 08:45

Xəbər verdiyimiz kimi, ötən gün Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb.

 

Modern.az-ın məlumatına görə, qəzada həyatını itirən şəxs 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva olub.

 

O, ötən il yüksək balla Azərbaycan Texniki Universitetinə qəbul olub.

 

Həyatını itirən gənc orta məktəbi Sumqayıtda oxuyub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB