Modern.az

Karateçilərimiz beynəlxalq turnirdə 12 medal qazandı

Karateçilərimiz beynəlxalq turnirdə 12 medal qazandı

Hadisə

3 Avqust 2024, 17:32

Azərbaycan karateçiləri Rusiyada keçirilmiş “Open Rossiya” beynəlxalq turnirində uğurla çıxış ediblər.

 

Modern.az xəbər verir ki, Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, İran, Belarus, Misir və Ermənistan təmsilçilərinin qatıldığı yarışda ümumilikdə 1200 iştirakçı qüvvəsini sınayıb.

 

Karateçilərdən Nəsimi Musayev 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

 

Nərgiz Aslanova 25 kiloqram, Cəlal Şükürov 35 kiloqram, Mehdi Abdullayev isə +35 kiloqramda gümüş mükafatlarına yiyələniblər.

 

Kamran Cəfərli (+42 kiloqram), Qəhrəman Rzaquliyev (30 kiloqram), Dəniz Nəcəfli (47 kiloqram), Mədinə Sadıqova (55 kiloqram), Günay Ramazanova (55 kiloqram), Aysel Məmmədova (+66 kiloqram), Məhəmməd Kazımlı (60 kiloqram), Murad Hacızadə (+84 kiloqram) bürünc medallara sahib olublar.

 

Yekuna əsasən, karateçilərimiz beynəlxalq turniri 12 medalla başa vurublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR