Modern.az

Mina partlayışında yaralanan şəxs Xankəndiyə təxliyə edildi

Mina partlayışında yaralanan şəxs Xankəndiyə təxliyə edildi

Hadisə

3 Avqust 2024, 18:51

Laçın rayonunda mina partlaması nəticəsində yaralanan şəxs Xankəndiyə təxliyə edilib.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

"03.08.2024-cü il tarixində Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub. Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyada əleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub", – məlumatda diqqətə çatdırılıb.

 

Bildirilib ki, hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR