Modern.az

52 yaşlı kişini güllələdilər - Tutulan var

52 yaşlı kişini güllələdilər - Tutulan var

Hadisə

7 Avqust 2024, 21:38

Avqustun 7-də saat 20 radələrində paytaxtın Sabunçu rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB