Modern.az

Badamdarda su borusu partladı, küçəni su basdı - VİDEO

Badamdarda su borusu partladı, küçəni su basdı - VİDEO

Hadisə

13 Avqust 2024, 13:29

Səbail rayonu, Badamdar qəsəbəsində (2-ci massiv) su borusu partlayıb.

 

Modern.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.

 

Onların sözlərinə görə, nəticədə Badamdar - 20-ci Sahə yolunu və Tofiq Məmmədov küçəsini su basıb.

 

Yaranmış problemlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsində polietilen su borusunda qəza baş verib: “Məlumat daxil olduğu andan Səbail rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunaraq dərhal su təchizatının dayandırılması işlərini həyata keçiriblər. Hazırda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa olunacaq”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB