Modern.az

BMW ağaca çırpıldı, sürücü öldü

BMW ağaca çırpıldı, sürücü öldü

Hadisə

14 Avqust 2024, 11:24

Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində sürücü Əhməd Rəsulzadənin idarə etdiyi BMW markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Qəzanın təsirindən avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə Əhməd Rəsulzadə xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı təhqiqat aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB