Cəlilabad sakini ehtiyatsızlıqdan həyətdəki su quyusuna düşüb, xilasetmə əməliyyatı aparılır.
Modern.az xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini olan qadın təxminən 15 metr dərinliyi olan su quyusuna düşüb.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunublar.