Modern.az

Ata və qızı su quyusuna düşdü - Meyitləri çıxarıldı

Ata və qızı su quyusuna düşdü - Meyitləri çıxarıldı

Hadisə

14 Avqust 2024, 16:13

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.

Bu barədə Modern.az-a Nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

15:34

Cəlilabad rayonunda ata və qızı su quyusuna düşüb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Rayon sakini Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Bir qədər əvvəl atanın meyiti quyudan çıxarılıb.

FHN-dən bildirilib ki, quyuya düşdüyü ehtimal olunan ikinci şəxsin axtarışı davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR