Modern.az

56 yaşlı kişi Kürdə batdı

56 yaşlı kişi Kürdə batdı

14 Avqust 2024, 20:35

Ağstafada Kür çayında 56 yaşlı kişi batıb. Hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Modern.az xəbər verir ki, rayonun Soyuq Bulaq qəsəbəsi sakini 56 yaşlı Rasim Şıxıyev istirahət üçün Kür ətrafına gedib. O, çayda çimmək istəyərkən “çay qarışan” adlanan ərazidə batıb. Onun batdığı əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub, axtarışlara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri