Modern.az

Cəlilabadda faciə: Toyuna hazırlaşanlar yasına getdilər...

Cəlilabadda faciə: Toyuna hazırlaşanlar yasına getdilər...

Hadisə

16 Avqust 2024, 08:59

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Cəlilabad rayon Moranlı kəndində ailə faciəsi yaşanıb. Kənd sakinləri 43 yaşlı Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ata və qızının meyitlərini quyudan çıxararaq aidiyyatı üzrə təhvil verib.

 

Modern.az "Baku TV"yə istinadən bildirir ki, hadisə baş verən gün 43 yaşlı Həsənağa Məmmədov qonşu kənddə qonaq olduğu üçün hadisədən vaxtında xəbər tuta bilməyib.

 

Ailənin iki övladı var idi: biri qız, biri oğlan. Nişanlı olan Nəsibə Məmmədovanın toyu payızda olacaqdı.

 

Ata və qızı Moranlı kənd qəbiristanlığında dəfn ediliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB