Modern.az

Sumqayıtda qumbara partladı - Ölən var

Sumqayıtda qumbara partladı - Ölən var

Hadisə

16 Avqust 2024, 13:17

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib.

 

Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.



Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.

 

***

11:58

 

Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

 

**.

11:35

 

Sumqayıtda partlayış olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanındakı yaşayış binasında qeydə alınıb.

 

Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB