Modern.az

2 gün əvvəl bıçaqlanan gənc qız öldü - Əri tutuldu

2 gün əvvəl bıçaqlanan gənc qız öldü - Əri tutuldu

Hadisə

19 Avqust 2024, 10:38

Avqustun 17-də Sabunçu rayonu ərazisində baş verib. 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb.

 

Araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə Bəxtiyar Vəliyev Sabunçu Rayon Prokurorluğu tərəfindən həmin Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

İbtidai istintaq davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB