Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunun Qaraməryəm kənd ərazisində hərəkətsiz vəziyyətdə olan avtomobildə üzərində xəsarətlər olan meyit aşkar edilib.
Modern.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, həmin şəxsin 1987-ci il təvəllüdlü Ramin Malxasov olduğu müəyyən edilib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.