Modern.az

Narkotikin təsiri altında maşın sürən şəxs tutuldu

Narkotikin təsiri altında maşın sürən şəxs tutuldu

Hadisə

21 Avqust 2024, 09:06

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “LADA” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Qeyd olunub ki, sürücü A. Süleymanov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub.

 

Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB