Bakının Sabunçu rayonunda yol qəzası olub.
BDYPİ-dən Modern.az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Bakıxanov qəsəbəsində, Bəşir Bünyadov küçəsində qeydə alınıb. İdarəetməni itirən yük maşını aşıb və bu zaman ərazidə dayanmış vəziyyətdə olan bir minik maşını və bir motosiklet əzilib.
Xəsarət alan yoxdur.