Modern.az

"Opel" ağaca çırpıldı - Ölənlər var 

"Opel" ağaca çırpıldı - Ölənlər var 

Hadisə

23 Avqust 2024, 23:25

Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

“Opel” markalı avtomobil BMW ilə toqquşduqdan sonra ağaca çırpılıb.

 

Nəticədə “Opel”də olan sərnişinlər - 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi