Modern.az

49 yaşlı qadın qətlə yetirildi - Tutulan var

49 yaşlı qadın qətlə yetirildi - Tutulan var

26 Avqust 2024, 16:29

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

 

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB