Modern.az

Suda boğulan gəncin cəsədi tapıldı

Suda boğulan gəncin cəsədi tapıldı

26 Avqust 2024, 21:20

Sabirabadda suya düşərək boğulan 17 yaşlı oğlanın cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, günorta saatlarında qeydə alınan hadisə zamanı suda boğulan Quliyev Elçin Eldəniz oğlunun axtarışları üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar zamanı Elçin Quliyevin cəsədi saat 20 radələrində batdığı yerdən təxminən beş kilometr aralı məsafədə tapılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB