Modern.az

Ərini öldürmək istəyən qadın saxlanıldı

Ərini öldürmək istəyən qadın saxlanıldı

27 Avqust 2024, 10:20

Bakının Nizami rayonu ərazisində əri 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

 

Bu barədə Modern.az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

"Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir", - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB