Modern.az

Maştağa və Biləcəridə bıçaqlanma

Maştağa və Biləcəridə bıçaqlanma

Hadisə

27 Avqust 2024, 10:28

Bakının Sabunçu və Binəqədi rayonlarında bıçaqlanma hadisələri qeydə alınıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, avqustun 25-də saat 23 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən 1997-ci il təvəllüdlü Zöhrab Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.


Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Qurban Muradov saxlanılıb.


Avqustun 26-da gecə saat 1 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazində 1991-ci il təvəllüdlü Namiq Behbudova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən Rahiz Məmmədov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.


Hər iki fakt üzrə araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir