Modern.az

Neftçalada 4 otaqlı ev yanıb

Neftçalada 4 otaqlı ev yanıb

27 Avqust 2024, 15:00

Neftçala rayonunun Kürkənd kəndində yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 144 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 111 m² sahədə, bitişik sahəsi 408 m² olan talvarın taxta atmaları 110 m² sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB