Modern.az

Culfada maşın yoldan çıxaraq dərəyə aşdı

Culfada maşın yoldan çıxaraq dərəyə aşdı

28 Avqust 2024, 17:44

Culfa rayonu ərazisində avtomobil yoldan çıxaraq dərəyə aşıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb. 72-BF-803 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin aşması nəticəsində Culfa rayon Qazancı kənd sakini, 2001-ci il təvəllüdlü Aslanov Ağayar Mehman oğlu xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qəzanın baş verməsinə səbəb isə sürücünün idarəetməni itirməsi olub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB