Modern.az

Avtobus maşınla toqquşdu - 1 ölü, 8 yaralı

Avtobus maşınla toqquşdu - 1 ölü, 8 yaralı

29 Avqust 2024, 08:47

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

 

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB