Modern.az

Göygöldə 5 nəfər zəhərləndi - İkisi öldü

Göygöldə 5 nəfər zəhərləndi - İkisi öldü

30 Avqust 2024, 14:12

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var.

Modern.az "Report"a istinadən məlumat verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparat yumaları səbəbindən zəhərlənib.

Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olduğu üçün "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB